...

Azərbaycanlı boksçuların qələbələri Azərbaycanda idmanın yüksək sürətlə inkişafını sübut edir – Kəmaləddin Heydərov

Cəmiyyət Materials 3 May 2010 19:18 (UTC +04:00)
Azərbaycanlı boksçuların son qələbələri bir daha sübut edir ki, Azərbaycanda idman yüksək sürətlə inkişaf edir.
Azərbaycanlı boksçuların qələbələri Azərbaycanda idmanın yüksək sürətlə inkişafını sübut edir – Kəmaləddin Heydərov

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M. Əliyev/

Azərbaycanlı boksçuların son qələbələri bir daha sübut edir ki, Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Bunu bazar ertəsi Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov jurnalistlərə deyib.

Onun sözlərinə görə, gənclər arasında keçirilən boks üzrə dünya çempionatında arasında azı biri yüksəkəyarlı olmaqla, üç medalın qazanılması dəyərli nəticədir.

Gənclər arasında dünya çempionatı Bakıda "Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilir. Azərbaycan boksçusu Salman Əlizadə finalda irlandiyalı boksçu Rayan Burnetti məğlub edərək 48 kq çəki dərəcəsində qızıl medala sahib olub.

"Bakıya dünya birinciliyi mükafatları və olimpiya lisenziyaları uğrunda mübarizəyə gəlmiş ölkə və iştirakçıların sayını nəzərə alsaq, bu, xüsusi bir uğurdur", - federasiya prezidenti deyib.

Heydərovun sözlərinə görə, dövlət idmana böyük dəstək göstərir və indiki uğurlar təsadüfi deyil.

Xəbər lenti

Xəbər lenti