...

Azərbaycanın Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilib

Cəmiyyət Materials 5 May 2010 18:21 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilib.
Azərbaycanın Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend/

Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilib. İclasda bir sıra təşkilati məsələlərə baxılıb, o cümlədən Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün Ali Məhkəmə, apelyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, habelə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Şuranın aparatı və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş namizədlər müzakirə olunaraq onların sırasından komitə üzvləri seçilib.

Qeyd edilib ki, Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən Azərbaycanda hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən olunaraq, bu sahədə səmərəli təcrübə formalaşdırılıb. Ötən dövr ərzində hakimliyə namizədliyini irəli sürmüş 2200 nəfər sırasından 157 nəfər yüksək hazırlıqlı hüquqşünas çoxmərhələli imtahanlar nəticəsində seçilərək hakim vəzifələrinə təyin ediliblər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hüquqşünasın hazırda hakimliyə namizədlər üçün 2009-2010-cu tədris ili ərzində davam edən kurslara cəlb edilməsi bildirilib, bu sahədə Hakimlərin Seçki Komitəsinin müsbət fəaliyyəti vurğulanıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, Məhkəmə-Hüquq Şurasının fəaliyyətində şəffaflığın artırılması məqsədilə Şuranın internet saytının imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyi bildirilib, bu məqsədlə hazırlanmış saytın yeni versiyasının təqdimatı keçirilib.

Azərbaycan və ingilis dillərində aparılan saytda Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə yanışı, hüquqi maarifləndirmə məqsədilə ölkəmizin məhkəmə-hüquq sistemi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları, milli qanunvericilik bazası, məhkəmə fəaliyyəti, habelə ölkəmiz haqqında digər dolğun məlumatlar əks etdirilib, vətəndaşların elektron müraciət imkanları genişləndirilib.

Xəbər lenti

Xəbər lenti