...

Azərbaycan Diplomatik Akademiyası və Oman Diplomatik İnstitutu arasında əməkdaşlıq münasibətləri qurulur

Cəmiyyət Materials 8 May 2010 18:27 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının və Oman Diplomatik İnstitutunun rektorları Hafiz Paşayev və Əhməd bin Səlim Baomar iki təhsil ocağı arasında əməkdaşlıq əlaqələri məsələsini müzakirə ediblər.
Azərbaycan Diplomatik Akademiyası və  Oman Diplomatik İnstitutu arasında əməkdaşlıq münasibətləri qurulur

Аzərbaycan, Bakı, 8 may/ Trend, müxbir.S. Аğayeva/

Azərbaycan Diplomatik Akademiyasının və Oman Diplomatik İnstitutunun rektorları Hafiz PaşayevƏhməd bin Səlim Baomar iki təhsil ocağı arasında əməkdaşlıq əlaqələri məsələsini müzakirə ediblər.

Oman Diplomatik İnstitutunun rektoru və institutun birinci katibi İsa Saleh əl Şeyba mayın 3-6-da Azərbaycan Diplomatik Akademiyasında olublar, Akademiyadan verilən məlumatda belə deyilir.

Səfər çərçivəsində qonaqlar ADA-ın rektoru Hafiz Paşayevlə iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Baomar və Əl Şeyba həmçinin xarici siyasət proqramının direktoru Fariz İsmayılzadə, tələbə qəbulu üzrə departamentin direktoru Yanis Ostin, həmçinin akademik və peşəkar İngilis dili proqramının direktoru Vəfa Kazdal və akademik məsələlər üzrə dekan müavini Anar Vəliyevlə görüşüblər. Həmçinin Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov nümayəndə heyətini qəbul edib,- məlumatda bildirilir.

"ADA-ın xarici siyasət üzrə proqramının təşkili və onun yüksək səviyyədə keçirilməsi və eləcə də akademiyada magistr pilləsinin yaradılması bizim diqqətimizi cəlb etdi",- ADA-ın rəhbərliyi ilə tanışlığı barədə öz təəssüratlərını ifadə edən Baomar bildirib.

Xəbər lenti

Xəbər lenti