...

Azərbaycanın təhsil naziri İran universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Cəmiyyət Materials 14 May 2010 12:32 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov İranın Azad İslam Universitetinin rektoru və bu ölkənin Azərbaycandakı səfiri ilə təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, - Təhsil Nazirliyindən yayılan məlumatda belə deyilir.
Azərbaycanın təhsil naziri İran universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Аzərbaycan, Bakı, 14 may /Trend, müxbir M. Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov İranın Azad İslam Universitetinin rektoru və bu ölkənin Azərbaycandakı səfiri ilə təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, - Təhsil Nazirliyindən yayılan məlumatda belə deyilir.

Misir Mərdanov universitetin rektoru Abdullah Cəzbi və səfir Məmmədbağır Bəhrami ilə görüşü çərçivəsində qeyd edib ki, Azərbaycan - İran münasibətlərinin yüksək səviyyəsi fonunda iki ölkə universitetləri arasında əlaqələr potensial imkanlara uyğun gəlmir.

İran universitetinin rektoru iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin inkişafına maraq göstərdiyini bildirib.

İranın səhiyyə naziri Məhəmmədəli Mühaqqiqi mayın əvvəlində Bakıya səfərindən sonra, Azərbaycanda oxuyan iranlı tələbələrin təhsil səviyyəsindən narazı olduğunu və İran İslam Respublikasında Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş diplomların tanınmadığını bildirdi.

Xəbər lenti

Xəbər lenti