...

Azərbaycanda müəllif hüquqlarının qorunmasında KİV-in rolu əhəmiyyətlidir - Prezident Adminstrasiyasının sektor müdiri (FOTO)

Cəmiyyət Materials 14 May 2010 17:26 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri hesab edir ki, müəllif hüquqlarının qorunmasında kütləvi informasiya vasitələrinin rolu əhəmiyyətlidir.
Azərbaycanda müəllif hüquqlarının qorunmasında KİV-in rolu əhəmiyyətlidir - Prezident Adminstrasiyasının sektor müdiri (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri hesab edir ki, müəllif hüquqlarının qorunmasında kütləvi informasiya vasitələrinin rolu əhəmiyyətlidir.

"Azərbaycanda müəllif hüquqlarının qorunması üçün jurnalistlərin hüquqi savadının artırılmasına, cəmiyyətin maarifləndirilməsinə ehtiyac var. Müəllif hüquqlarının qorunmasında kütləvi informasiya vasitələrinin imkanlarından necə istifadə olunması da ciddi məsələdir", - Trend-in məlumatına görə, bunu cümə axşamı "Kütləvi infoirmasiya vasitələrində müəlliflik hüququ: problemlər və həll yolları" mövzusunda Müəllif Hüquqları Agentliyinin və Mətbuat Şurasının birgə təşkil etdiyi dəyirmi masada Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib.

Əliyevin sözlərinə görə, müəlliflik hüququnun qorunması ilə bağlı təbliğat aparılması KİV-lərin qarşısında duran əsas vəzifələrdən biridir.

"Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etməyib. Bu təcavüzkarlıqla kifayətlənməyən Ermənistan bizim hətta mili-mənəvi sərvətlərimizə də sahib çıxmaq iddiasındadır. Azərbaycanın kütləvi informasiya vasitələri buna qarşı daim çalışır", - sektor müdiri əlavə edib.

Onun fikrincə, Azərbaycan cəmiyyətində hazırda əqli mülkiyyət mədəniyyəti zəifdir.

"Kütləvi informasiya vasitələri buna da çox diqqət yetirməlidir. Jurnalistlərin özləri də müəlliflik hüququnun qorunması ilə bağlı problemlə rastlaşırlar. Düşünürəm ki, bu tədbir müəlliflik hüququnun qorunması sahəsində mövcud olan problemlərin həllinə yardımçı olacaq", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti