...

BMT-nin tərkibində dini məsələlərlə bağlı Məşvərət Şurası yaradılacaq - QMİ sədri Hacı Allahşükür Paşazadə

Cəmiyyət Materials 17 May 2010 15:39 (UTC +04:00)
Gələcəkdə BMT-nin tərkibində dini məsələlərlə bağlı Məşvərət Şurası yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib.
BMT-nin tərkibində dini məsələlərlə bağlı Məşvərət Şurası yaradılacaq - QMİ sədri Hacı Allahşükür Paşazadə

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Gələcəkdə BMT-nin tərkibində dini məsələlərlə bağlı Məşvərət Şurası yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib.

"BMT-nin kürsüsündən din xadimlərinin səsi eşidilmir. Amma milyardlarla insanın vicdan azadlığı var. Siyasi xadimlər hansısa dövlətlə bağlı qərar çıxaranda din faktorunu, vicdan azadlığını nəzərə almır", - Şeyxülislam bildirirb.

Paşazadə deyib ki, YUNESCO-nun nəzdində mədəniyyət məsələləri ilə bağlı Məşvərət Şurası yaradılıb və Azərbaycan, Küveyt, Səudiyyə Ərəbistanı müsəlmanları bu qurumda təmsil edir.

"İkinci mərhələdə BMT-nin nəzdində belə bir Məşvərət Şurası yaradılacaq. YUNESCO-da yaradılan Məşvərət Şurası burada da təmsil olunmalıdır", - Paşazadə deyib.

QMİ sədri bildirib ki, siyasi xadimlər dünya ölkələri ilə bağlı qərarlar qəbul edəndə, mütləq vicdan azadlığı məsələsini nəzərə almalıdır.

"Siyasi xadimlər hansısa dövlətlə bağlı, məsələn İraq, Əfqanstanla bağlı qərar qəbul edəndə, bu problemin içində din faktorunun olub-olmadığını bilmirlər. Amma onların qərarından bu dövlətlərin xalqları əziyyət çəkir, onların vicdan azadlığı pozulur. Siyasətçilər bu məsələdə ekspert kimi fikir söyləyə bilməzlər. Yaxşı olardı ki, müxtəlif dinləri təmsil edən ekspertlər bu məsələlərlə bağlı rəy versinlər", - Paşazadə deyib.

Paşazadənin sözlərinə görə, dini ekspertlərin bu problemlərlə bağlı verdikləri rəy siyasi xarakter daşımır və məcburi deyil.

"Lakin bu rəylər nəzərə alınır və kitaba salınır, tarixdə qalır. Bu rəylərin problemlərin obyektiv həllinə böyük təsiri ola bilər", - Paşazadə deyib.

Xəbər lenti

Xəbər lenti