...

Azərbaycanda orta məktəblərdə din dərsləri tədris oluna bilər - Hacı Allahşükür Paşazadə

Cəmiyyət Materials 17 May 2010 16:35 (UTC +04:00)
Gələcəkdə Azərbaycandakı orta məktəblərdə din dərsləri tədris oluna bilər. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib.
Azərbaycanda orta məktəblərdə din dərsləri tədris oluna bilər - Hacı Allahşükür Paşazadə

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Gələcəkdə Azərbaycandakı orta məktəblərdə din dərsləri tədris oluna bilər. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib.

"Hər kəsin vicdan azadlığı var. Gec-tez bu məsələ həllini tapacaq və orta məktəblərdə dinin tarixi, fəlsəfəsi tədris olunacaq", - Paşazadə deyib.

QMİ sədrinin sözlərinə görə, insanların dini təhsil alması o demək deyil ki, onlar gələcəkdə molla olacaqlar.

Şeyx həmçinin bildirib ki, Bakı İslam Universitetinə lisenziya verilib.

"Burada təhsil alanlara diplom veriləcək. Həmin diplomu dövlət verəcək və həmin şəxslər dövlətdə işlə təmin olunacaqlar", - QMİ sədri əlavə edib.

QMİ sədrinin müavini Hacı Sabir Həsənli isə bildirib ki, Bakı İslam Universitetində təhsil alanlara dinin tədrisindən əlavə ictimai elmlər də öyrədilir.

"Onlar sırf molla kimi deyil, pedaqoq kimi hazırlanır. Əgər eksperiment olaraq məktəblərin birində dinin tədrisinə icazə verilərsə, bizim bunun üçün pedaqoqlarımız var və buna hazırıq", - Hacı Sabir əlavə edib.

Xəbər lenti

Xəbər lenti