...

ADA-da magistratura proqramına daxil olan tələbələrlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 20 May 2010 16:13 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev tələbələri akademiyanın magistratura proqramına daxil olmaları münasibətilə təbrik edib.
ADA-da magistratura proqramına daxil olan tələbələrlə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev tələbələri akademiyanın magistratura proqramına daxil olmaları münasibətilə təbrik edib.

Tələbələr ADA haqqında məlumat alaraq, təhsil ocağının əsas tədris prinsipləri, müəllim və tələbə heyəti ilə tanış oldular.

2010-2012-ci tədris illəri üzrə təhsil alacaq qrup 25 azərbaycanlı və 10 xarici ölkənin tələbəsindən ibarətdir. Xarici tələbələr Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, Gürcüstan, Niderland kimi ölkələri təmsil edirlər. Bəzi seçilmiş tələbələrə təhsil haqqında güzəştlər də verilib.

"Biz 2010-2012-ci tədris illəri üzrə qəbul prosesindən çox razı qaldıq. Baxmayaraq ki, ADA yeni təhsil ocağıdır, azərbaycanlı və xarici ictimaiyyətin akademiyaya göstərdiyi maraq ADA-nın nüfuzunun ildən-ilə sürətlə artmasına sübutdur. Dünya standartlarına cavab verən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura təhsili təklif etməklə, ADA istedadlı azərbaycanlı və yer kürəsinin bir çox ölkələrini, mədəniyyətini və tarixini təmsil edən xarici tələbələri özünə cəlb etməkdə davam edir", - ADA-nın tələbə qəbulu direktoru Cənis Austin qeyd edib.

Xəbər lenti

Xəbər lenti