...

Azərbaycanın təbii fəlakətdən ziyan çəkmiş rayonlarının əhalisinə psixoloji yardım göstərilməsi üçün həkim briqadaları göndəriləcək - səhiyyə naziri

Cəmiyyət Materials 24 May 2010 11:14 (UTC +04:00)
İndiyədək köçürülən ailələrdə 17 uşaq doğulub və onların hamısı sağlamdır. Səhiyyə naziri təbii fəlakət bölgəsində yoluxucu xəstəlik aşkarlanmadığını, ərazidə epidemiya təhlükəsinin olmadığını və vəziyyətin nəzarətdə saxlandığını deyib.İ
Azərbaycanın təbii fəlakətdən ziyan çəkmiş rayonlarının əhalisinə psixoloji yardım göstərilməsi üçün həkim briqadaları göndəriləcək - səhiyyə naziri

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təbii fəlakətdən ziyan çəkmiş rayonlarının əhalisinə psixoloji yardım göstərilməsi üçün həmin bölgəyə həkim briqadaları göndəriləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib ki, bölgəyə göndəriləcək psixoloqlar əhalinin psixoloji vəziyyətini öyrənəcək və onlara müvafiq yardımlar göstərəcəklər.

Şirəliyev bildirib ki, fəlakət zonasından köçürülmüş sakinlər arasında tibbi xidmət üçün müraciət edənlərə müvafiq yardımlar göstərilir.

Nazirin sözlərinə görə, indiyədək köçürülən ailələrdə 17 uşaq doğulub və onların hamısı sağlamdır. Nazir təbii fəlakət bölgəsində yoluxucu xəstəlik aşkarlanmadığını, ərazidə epidemiya təhlükəsinin olmadığını və vəziyyətin nəzarətdə saxlandığını deyib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti