...

Azərbaycan və Gürcüstanın tibb işçiləri sərhəd rayonlarında malyariyaya qarşı tədbirlər görürlər

Cəmiyyət Materials 25 May 2010 18:01 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycanın Səhiyyə Nazirliyi və Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzi Marneuli rayonunun Kesalo Azərbaycan kəndində (Şərqi Gürcüstan, Kvemo Kartli regionu) malyariyanın qarşısının alınması üzrə birgə tədbirlər həyata keçiriblər.
Azərbaycan və Gürcüstanın tibb işçiləri sərhəd rayonlarında malyariyaya qarşı tədbirlər görürlər

Azərbaycan, Tbilisi, 25 may /Trend, müxbir N.Кirsxaliya/

Çərşənbə axşamı Azərbaycanın Səhiyyə Nazirliyi və Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzi Marneuli rayonunun Kesalo Azərbaycan kəndində (Şərqi Gürcüstan, Kvemo Kartli regionu) malyariyanın qarşısının alınması üzrə birgə tədbirlər həyata keçiriblər.

Gürcüstan və Azərbaycanın sərhəd rayonlarında - Qax və Marneulidə yerli sakinlərin kütləvi şəkildə müayinəsi və yaşayış yerlərinin ekoloji cəhətdən təhlükəsiz insektisidlərlə təmizlənməsi işləri aparılacaq. Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir. Malyariyanın mənbəyi Azərbaycanla sərhəd olan ərazilərdədir, buna görə də nazirlikdən bildirildiyi kimi, bu sahədə əməkdaşlıq vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, Gürcüstan malyariyadan azadolma dövrünü yaşayır. Bu xəstəlik Gürcüstanda 1996-cı ildə (3 hal) aşkar olunmuş, 2001-ci ildə (472 hal) pik həddə çatmışdı.

Lakin 2009-2013-cü illərdə Gürcüstanda ÜST-nin strategiyasına uyğun olaraq, malyariyaya qarşı üçgünlük kütləvi tədbirlər aparılacaq. 2013-cü ildən sonra bu xəstəliyin sertifikatlaşdırılması proseduru davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti