...

Azərbaycanda Media Akademiyası yaradılıb

Cəmiyyət Materials 26 May 2010 17:31 (UTC +04:00)
Azərbaycanın "İrəli" İctimai Birliyi "Media Akademiyası" adlı yeni layihə həyata keçirəcək.
Azərbaycanda Media Akademiyası yaradılıb

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın "İrəli" İctimai Birliyi "Media Akademiyası" adlı yeni layihə həyata keçirəcək.

"Akademiya alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərəcək", - çərşənbə günü Trend"İrəli" İctimai Birliyinin mətbuat katibliyindən bildirilib.

Akademiyanın tərkibində fəaliyyət göstərən "Radio"da, "İRƏLİ Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında iş təcrübəsi keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. "Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda "mən də varam" iddiası ilə professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır", - məlumatda vurğulanır.

Kursa yaşı 25-dən artıq olmayan müxtəlif peşə sahibləri, jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən digər fakültə tələbələri qoşula bilərlər. Kursa qoşulmaq üçün 1 ədəd fotoşəkilli CV-nizi və nədən jurnalist olmaq istədiyinizdən bəhs edən qısa esseni [email protected] ünvanına yollayın. Kurs iştirakçısı olmaq üçün ərizələriniz qəbul edildikdən sonra mütəxəssislər tərəfindən "casting" keçiriləcəkdir. Ərizələrin qəbulu üçün son tarix iyunun 1-nə qədərdir. Proqram müddəti iyunun 1-dən dekabrın 1-nə qədər olacaq.

Xəbər lenti

Xəbər lenti