...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozuntuları ilə əlaqədar 25 min manatdan çox məbləğdə cərimə sanksiyaları qəbul edib

Cəmiyyət Materials 31 May 2010 13:52 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın birinci yarısında qanun pozuntuları ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 25 810 manat həcmində cərimə sanksiyası qəbul edib və bu məbləğin 6 028 manatı ödənilib. Bu barədə bazar ertəsi Ekologiya Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi  qanun pozuntuları ilə əlaqədar 25 min manatdan çox məbləğdə  cərimə sanksiyaları qəbul edib

Аzərbaycan, Bakı, 31 may /Trend, müxbir М.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın birinci yarısında qanun pozuntuları ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 25 810 manat həcmində cərimə sanksiyası qəbul edib və bu məbləğin 6 028 manatı ödənilib. Bu barədə bazar ertəsi Ekologiya Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Ətraf mühitə zərərlə bağlı 33 370 manat məbləğində iddia qaldırılıb ki, bunun da 27 152 manatı artıq ödənilib (ötən ilin ödənişləri də daxil olmaqla).

Qeyd olunan mərhələdə su resurslarından istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar 8 466 manat, atmosferin çirklənməsinə görə isə 9 821 manat həcmində cərimə ödənişləri qəbul olunub.

Floranın müdafiəsi və su hövzələrində bioloji resursların qorunması üzrə müvafiq olaraq 10 800 və 700 manat həcmində cərimə ödənilib.

Xəbər lenti

Xəbər lenti