...

Azərbaycanın təhsil naziri ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydalarını açıqlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 İyun 2010 16:57 (UTC +04:00)
Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək.
Azərbaycanın təhsil naziri ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının qaydalarını açıqlayıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən keçiriləcək buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək. Bu barədə çərşənbə axşamı ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən iclas zamanı təhsil naziri Misir Mərdanov bildirib.

Mərdanov nəzərə çatdırıb ki, XI sinif şagirdləri üç, IX sinif şagirdləri isə bir saat 30 dəqiqə ərzində imtahan verəcəklər. Nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan azad olunduqlarını açıqlayıb.

Mərdanovun sözlərinə görə, cari dərs ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90134 şagirdi orta təhsil, 127796 şagird isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verəcək.

Təhsil naziri fevral, mart və aprel aylarında keçirilmiş yoxlama imtahanlarında IX sinif şagirdlərinin 64,71, XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq qiymətlər aldığını bildirib.

Təhsil naziri jurnalistlərə bildirib ki, iyunun 2-də Şirvan şəhərində səkkiz rayonun təhsil şöbələrinin rəhbərləri ilə iclas keçirəcək və təbii fəlakət zonasının orta məktəblərində şagirdlər arasında mərkəzləşdirilmiş imtahanların keçirilməsi məsələsi barədə qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti