...

BMT işğal altındakı Azərbaycan torpaqlarındakı yaşıllıqların yandırılmasından narahatdır

Cəmiyyət Materials 3 İyun 2010 14:27 (UTC +04:00)
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa bürosunun direktoru Kristof Büvye hesab edir ki, hər hansı münaqişədən asılı olmayaraq, Ermənistan da, Azərbaycan da Qafqazda ətraf mühitin qorunmasına borcludur.
BMT işğal altındakı Azərbaycan torpaqlarındakı yaşıllıqların yandırılmasından narahatdır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa bürosunun direktoru Kristof Büvye hesab edir ki, hər hansı münaqişədən asılı olmayaraq, Ermənistan da, Azərbaycan da Qafqazda ətraf mühitin qorunmasına borcludur. Trend-in məlumatına görə, bu barədə cümə günü Kristof Büvye Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda yaşıllıqların yandırılmasına münasibət bildirərkən deyib.

"Konfliktlər zamanı ətraf mühit zərbə altında olur. Bu regionda bəşəriyyətə aid olan incilər var. Onlar qorunmalı və hər hansı münaqişə ona təsir etməməlidir", - Büvye əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

İşğal altında olan torpaqlarda mütəmadi olaraq yanğınlar törədilir.

Xəbər lenti

Xəbər lenti