...

Sloveniyada azərbaycanlı qəhrəman Mehdi Hüseynzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Cəmiyyət Materials 4 İyun 2010 11:02 (UTC +04:00)
İyunun 2-3-də Sloveniyada Azərbaycan və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında "Təxəllüsü Mixaylo" sənədli filminin təqdimatı keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Sloveniyada müvəqqəti işlər müdiri Gəray Muradov məlumat verib.
Sloveniyada azərbaycanlı qəhrəman Mehdi Hüseynzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Y.Ostapenko/

İyunun 2-3-də Sloveniyada Azərbaycan və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında "Təxəllüsü Mixaylo" sənədli filminin təqdimatı keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Sloveniyada müvəqqəti işlər müdiri Gəray Muradov məlumat verib.

Premyera iyunun 2-də Sloveniyanın Nova-Qoritsa şəhərində, iyunun 3-də isə Şempas qəsəbəsində keçirilib. Bundan əvvəl Azərbaycan hökuməti hədiyyə kimi Mehdi Hüseynzadəyə abidə qoyub.

"Təxəllüsü Mixaylo" sənədli filmi 2008-ci ilin yayında Sloveniya, Avstriya və İtaliya ərazisində keçirilib. Film Mehdi Hüseynzadəni şəxsən tanıyan və onunla birgə döyüşən adamların müsahibələri əsasında çəkilib. Muradovun sözlərinə görə, onların arasında həm Azərbaycan, həm də Sloveniya və İtaliya vətəndaşları var.

Bu filmin yaradılması haqda qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin avqustunda Sloveniyaya səfəri zamanı qəbul edilib.

Yoldaşlarının "Mixaylo" adlandırdıqları Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində alman-italyan işğalçılarına qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti, partizan və kəşfiyyatçısı olub. Artıq ölümündən sonra o, İtaliya, Yuqoslaviya və Sovet İttifaqı qəhrəmanı olub.

Təqdimata həsr olunmuş mərasimdə filmin rejissoru Azərbaycan Mədəniyyət Nazirliyi yanında "Salnamə" studiyasında çalışan Tahir Əliyev çıxış edib.

Tədbirə Sloveniyanın dövlət rəsmiləri, Parlament üzvləri, Nova-Qoritsa və Şempasa şəhərlərinin sakinləri, eləcə də Sloveniya partizan hərəkatının nümayəndələri, Mehdi Hüseynzadənin keçmiş silahdaşları da dəvət olunublar.

Toplaşanlar qarşısında giriş sözü ilə Azərbaycanın Sloveniyada müvəqqəti işlər müdiri Gəray Muradov və Nova-Qoritsa şəhərinin meri Mirko Brut da çıxış edib. G.Muradov, həmçinin, bu filmin məsləhətçisidir.

Xəbər lenti

Xəbər lenti