...

Azərbaycan hökuməti təhsil pilləsinin dövlət standartı və proqramlarını təsdiq edib

Cəmiyyət Materials 7 İyun 2010 14:02 (UTC +04:00)
Nazirlər Kabinetinin 3 iyun 2010-cu il 103 saylı əmrinə əsasən, təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) təsdiq olunub.
Azərbaycan hökuməti təhsil pilləsinin dövlət standartı və proqramlarını təsdiq edib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/

Nazirlər Kabinetinin 3 iyun 2010-cu il 103 saylı əmrinə əsasən, təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) təsdiq olunub. Trend-in Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, proqrama ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin infrastrukturu, ümumi təhsilin maddi-texniki və tədris bazası, ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri, ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi, təhsil proqramı (kurikulum), ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri, ümumi təhsilin səviyyələri üzrə məzmun standartları kimi bəndlər daxil edilib. Bundan əlavə, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının maksimum miqdarı, ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi məsələləri də yer alıb.

Təhsil pilləsinin dövlət standartı və proqramlarının təsdiqlənməsi ilə "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli, "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 avqust tarixli 150 nömrəli və "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasının (milli kurikulumun) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarları qüvvədən düşmüş hesab edilib.

Xəbər lenti

Xəbər lenti