...

Oşda vətənə hələ də evakuasiya olunmasını gözləyən azərbaycanlılar qalmaqdadır – hadisələrin şahidi

Cəmiyyət Materials 18 İyun 2010 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Ağayeva/

Oşda hələ də vətənə evakuasiya olunmasını gözləyən azərbaycanlılar qalmaqdadır. Bu barədə cümə günü Trend-ə hadisələrin şahidi, Oş Dövlət Universitetinin məzunu Sabir Kərimov telefonla Qırğızıstandan məlumat verib.

"Mən Oşda yaşayan bir azərbaycanlı ailəsi ilə tanış idim, onlar vətənə mümkün qədər tez qayıtmaq istəyirilər və indi Azərbaycanın Qırğızıstandakı Səfirliyi bu işdə onlara kömək edir", - Kərimov qeyd edib.

O deyib ki, gərginliyin hələ də qalmasına baxmayaraq, ümumilikdə, bu gün şəhərdə vəziyyət nisbətən sakitdir.

Kərimovun məlumatına görə, vilayətdəki toqquşmalar zamanı onun tanıdığı azərbaycanlılar arasında zərərçəkən olmayıb.

"Azərbaycan Səfirliyi bizə hər cür kömək və dəstək göstərir", - o qeyd edib.

Kərimov özü bu gün diplomatik missiyanın və yerli hakimiyyət orqanlarının köməyi ilə Bişkekdəki Azərbaycan Səfirliyinə çatdırılıb.

Bundan əvvəl üç azərbaycanlı tələbə Qırğızıstanın Cəlalabad vilayətindən Bişkekə evakuasiya olunub.

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində, ümumilikdə, 600-ə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti