...

Azərbaycan kayak və kanoeçiləri beynəlxalq reqatada üç qızıl, iki bürünc medal qazanıblar

Cəmiyyət Materials 21 İyun 2010 15:11 (UTC +04:00)
Almaniyanın Bohum şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq Rur reqatasında Azərbaycan kayak və kanoeçiləri üç qızıl, iki bürünc medal qazanıblar. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Azərbaycan kayak və kanoeçiləri beynəlxalq reqatada üç qızıl, iki bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M. Əliyev/

Almaniyanın Bohum şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq Rur reqatasında Azərbaycan kayak və kanoeçiləri üç qızıl, iki bürünc medal qazanıblar. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Millimizin qızıl medallarının hər üçünü 14-26 avqustda Sinqapurda təşkil olunacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına hazırlaşan kanoeçimiz Radoslav Kutsev qazanıb. Kutsev birnəfərlik qayıqla 1 000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə rəqiblərindən üstün olub.

Bürünc medalları isə kayakçılarımız Tamerlan Mustafayev və Vahid Həsənov əldə ediblər. Mustafayev 200 metr məsafəyə birnəfərlik qayıqla, eləcə də 500 metr məsafəyə Həsənovla birgə ikinəfərlik qayıqla yürüşlərdə 3-cü olub.

Xəbər lenti

Xəbər lenti