...

Heyvandarlığın müasir tələblərlə inkişafı Azərbaycanda səhralaşmanın qarşısını alar - ekspertlər

Cəmiyyət Materials 22 İyun 2010 09:00 (UTC +04:00)
Azərbaycanda heyvandarlığın müasir tələblərə uyğun inkişaf etdirilməsi ölkədə səhralaşma prosesinin qarşısını ala bilər, - bu barədə Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekologiya və təbiətin mühafizəsi siyasəti" şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
Heyvandarlığın müasir tələblərlə inkişafı Azərbaycanda səhralaşmanın qarşısını alar - ekspertlər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanda heyvandarlığın müasir tələblərə uyğun inkişaf etdirilməsi ölkədə səhralaşma prosesinin qarşısını ala bilər, - bu barədə Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekologiya və təbiətin mühafizəsi siyasəti" şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

"Ölkəmizdə səhralaşma problemi, əsasən, otlaqlarla bağlıdır. Həmin otlaqların istifadəsi zamanı qaydalara riayət olunmaması səhralaşmaya gətirib çıxarır", - Səttarzadə bildirib.

Trend-in arayışı: Azərbaycanda 3,7 milyon hektar ərazi erroziyaya, 1,2 milyon hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb.

Onun sözlərinə görə, nazirlik "Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadəsi və səhralaşmanın qarşısının alınmasına dair" Dövlət Proqramına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə mövcud problemin aradan qaldırılmasl üçün müvafiq işlər görür.

"Torpağın münbitliyinin artırılması, heyvandarlığın müasir tələblərə uyğun inkişaf etdirilməsi, biomüxtəlifliyin qorunub-saxlanılması dayanıqlı inkişafa gətirib çıxarmalıdır", - Səttarzadə əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda hazırda səhralaşma gətirən otlaq ərazilərdə torpaq örtüyünün erroziyaya uğraması, şoranlaşması, münbit qatın itirilməsi, bunun nəticəsində otlaq sahəsinin keyfiyyətinin aşağı düşməsi prosesi hələ də gedir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov Trend-ə bildirib ki, səhralaşmanın qarşısının alınmasında rayonlarda yerli əhalinin iş aparmasını vacib sayır.

"Düzgün aparılmayan suvarma nəticəsində, torpağın münbit qatı yuyulur və yararsız hala düşür. Bu işdə kənd camaatı özlərinə məxsus olan əraziləri qoruyub-saxlaya bilməli və suvarmanı vaxtlı-vaxtında aparmalıdır", - Zeynalov bildirib.

Xəbər lenti

Xəbər lenti