...

Şair Səlim Sinədəftərin "Qəm karvanı" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2010 19:10 (UTC +04:00)
El şairi Səlim Sinədəftərin çərşənbə axşamı "Qəm karvanı" adlı kitabının təqdimat mərasimi keçirilib.
Şair Səlim Sinədəftərin "Qəm karvanı" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

El şairi Səlim Sinədəftərin çərşənbə axşamı "Qəm karvanı" adlı kitabının təqdimat mərasimi keçirilib.

"Səlim Sinədəftər artıq bir neçə ildir dünyasını dəyişib və onun çoxlu sayda şeirləri var idi ki, çap olunmamışdı, indi onun bütün şeirləri bir kitab şəklində toplanaraq Azərbaycan oxucusuna təqdim olunur", - kitabın ön sözünün müəllifi, millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili onu da qeyd edib ki, bu kitab gənc nəsil arasında təbliğ olunmalıdır ki, gənclər kitab oxumağa meyilli olsunlar.

Paşayevanın sözlərinə görə, gənclər arasında gözəl poeziya nümunələrinə bağlılığın olması hər bir insana yalnız zənginlik verir.

"Bugünkü yaradıcılıq gecəsi Səlim Sinədəftərin xatirəsini yad etməyə şərait yaradır", - o qeyd edib.

Kitabın rəyçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev təqdimat mərasimində bildirib ki, hər şeyin əsasında söz durur və Səlim Sinədəftər ömrünü söz və poeziyaya həsr edib.

"1927- ci ildə Tovuz rayonundan anadan olan şairə sözü gözəl demək vergisi qismət olub" - Paşayev deyib.

"Qəm karvanı" kitabında aşıq şeirinin gəraylı, qoşma, təcnis, qıfılbənd, divani, müxəmməs, deyişmə kimi müxtəlif formalarında yüzlərlə gözəl nümunələr toplanıb.

Xəbər lenti

Xəbər lenti