...

Azərbaycanda diffamasiya haqqında qəbul olunan qanun KİV-in azadlığı sahəsində ciddi irəliləyiş olacaq - Mikloş Xaraşti

Cəmiyyət Materials 1 İyul 2010 11:24 (UTC +04:00)
Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.
Azərbaycanda diffamasiya haqqında qəbul olunan qanun KİV-in azadlığı sahəsində ciddi irəliləyiş olacaq - Mikloş Xaraşti

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.

Xaraştinin sözlərinə görə, Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

Konfransın təşkilatçıları Avropa Xəbərçilər Assosiasiyası və Norveç İctimai Xəbərçilər Təşkilatı ilə birlikdə Azərbaycan Mətbuat Mərkəzidir.

Xaraşti Azərbaycanda bir çox jurnalistlərin həbsdə olması ilə bağlı öz narahatlığını ifadə edib.

O, həmçinin, Azərbaycanın FM radiodalğasında xarici radiostansiyaların qadağan olunması barədə qərarın ləğvini mühüm hesab edir.

ATƏT-in eks-nümayəndəsi postsovet məkanında İctimai Televiziyanın yarandığı ilk ölkələrdən birinin Azərbaycan olduğunu müsbət fakt kimi qeyd edib.

Xəbər lenti

Xəbər lenti