...

Fərid Mansurov Azərbaycan yığmasına baş məşqçi təyin olunub

Cəmiyyət Materials 30 İyun 2010 19:12 (UTC +04:00)
Güləş üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu Fərid Mansurov Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Fərid Mansurov Azərbaycan yığmasına baş məşqçi təyin olunub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/

Güləş üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu Fərid Mansurov Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.

Trend-in məlumatına görə, çərşənbə günü Mansurov Azərbaycan yığmasına təqdim olunub.

Təqdimatda çıxış edən Mansurov bildirib ki, baş məşqçiliyi dövründə Azərbaycan yığmasının daha çox uğurlar əldə etməsinə çalışacaq.

Təqdimatdan sonra Mansurov yığmada ilk məşqinə çıxıb.

Onun baş məşqçiliyi altında Azərbaycan yığması sabah Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti