...

Azərbaycanda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən test imtahanının yekun nəticələri açıqlanıb

Cəmiyyət Materials 8 İyul 2010 11:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə komissiya tərəfindən dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan test imtahanlarının nəticələri açıqlanıb. Bu barədə komissyanın məlumatında deyilir.
Azərbaycanda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən test imtahanının yekun nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə komissiya tərəfindən dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan test imtahanlarının nəticələri açıqlanıb. Bu barədə komissyanın məlumatında deyilir.

Qəbul dövlət qulluğunun 8 və 9-cu təsnifat vəzifələri üzrə keçirilir.

8 və 9-cu təsnifat vəzifələri üzrə təqdim edilən 100 sualın, ən azı, 80-nə, 6-cı və 7-ci təsnifat vəzifələri üzrə isə ən azı, 70 suala düzgün cavab verənlər vəzifə tutmağa iddialı ola bilərlər. İmtahanların ikinci mərhələsində namizədlər müsabiqədən keçəcəklər.

30 aprel - 5 iyul tarixlərində keçirilən imtahanlarda 6-cı və 7-ci təsnifat vəzifələri 340 nəfər, 8-ci və 9-cu təsnifat vəzifələrinə 414 nəfər üzrə inzibati vəzifələr tutmaqdan ötrü imtahanların ikinci mərhələsində iştirak etmək üçün keçid bal toplayıblar. 6-cı və 7-ci təsnifat vəzifələri üzrə 580 nəfər namizəd lazımi bal toplaya bilməyib, lakin 8-ci və 9-cu təsnifat vəzifələri üzrə vəzifələrə iddialı ola bilərlər.

İmtahan verənlərin əksəriyyəti - 116 nəfər Əmlak Məsələləri Komitəsində vəzifə tutmaqda iddialıdırlar.

Xəbər lenti

Xəbər lenti