...

KATV 1 – Azərbaycan kabel televiziyasının abunəçiləri futbol üzrə Avropa liqasının iki oyununu birbaşa yayımla izləyə biləcəklər

Cəmiyyət Materials 15 İyul 2010 15:41 (UTC +04:00)
KATV 1 kabel televiziyası müxtəlif səbəblərə görə efir kanallarında yayımlanmayan futbol oyunlarının birbaşa yayımı ilə öz abunəçilərini sevindirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu gün sözügedən kabel operatorunun abunəçiləri futbol üzrə Avropa liqasının ikinci təsnifat mərhələsini birbaşa yayımla izləyə biləcəklər.
KATV 1 – Azərbaycan kabel televiziyasının abunəçiləri futbol üzrə Avropa liqasının iki oyununu birbaşa yayımla  izləyə biləcəklər

KATV 1 kabel televiziyası müxtəlif səbəblərə görə efir kanallarında yayımlanmayan futbol oyunlarının birbaşa yayımı ilə öz abunəçilərini sevindirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu gün sözügedən kabel operatorunun abunəçiləri futbol üzrə Avropa liqasının ikinci təsnifat mərhələsini birbaşa yayımla izləyə biləcəklər.

Saat 23:00-da "Avrosport" telekanalı tezliyində "Beşiktaş" (Türkiyə) - "Vikinqur" ( Farer adaları), 23:45-də isə "Rusiya 2" telekanalı tezliyində "Portadaun" (Şimali İrlandiya) - "Qarabağ" (Ağdam) oyunları yayımlanacaq.

KATV 1 kabel televiziyasının mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan komandasının iştirak etdiyi oyunun yayımlanması zamanı mümkün ola biləcək texniki qüsurlar şirkətdən asılı deyil.

Xəbər lenti

Xəbər lenti