...

Azərbaycan kütləvi informasiya vasitələrinin əksəriyyəti düzgün dəyərlər üzərində formalaşıb - hakim partiyanın sədr müavini (FOTO)

Cəmiyyət Materials 16 İyul 2010 16:04 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini bildirib ki, kütləvi informasiya vasitələri təkcə informasiya ötürməklə deyil, cəmiyyətin səmərəli şəkildə fəaliyyət göstərməsinə də yönəlib.
Azərbaycan kütləvi informasiya vasitələrinin əksəriyyəti düzgün dəyərlər üzərində formalaşıb - hakim partiyanın sədr müavini (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyasının sədr müavini bildirib ki, kütləvi informasiya vasitələri təkcə informasiya ötürməklə deyil, cəmiyyətin səmərəli şəkildə fəaliyyət göstərməsinə də yönəlib.

"Azərbaycan mətbuatının əksəriyyəti düzgün dəyərlər üzərində formalaşıb və bu dəyərlər əsasında da fəaliyyət göstərir. Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət mətbuatı daima diqqətdə saxlayır. Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil və indi informasiya əvvəllərlə müqayisədə daha əhəmiyyətli yer tutur. KİV dördüncü hakimiyyətdir, cünki cəmiyyətə təsir edə bilir, amma istənilən hakimiyyət funksiyasını düzgün şəkildə həyata keçirtməlidir", Trend-in məlumatına görə, bunu cümə günü Milli mətbuatın 135 illiyi ilə bağlı jurnalistlərin mükafatlandırılması mərasimində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend-in arayışı: 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Əhmədovun sözlərinə görə, informasiyanın əldə olunması və ötürülməsində demokratik ab-hava vacibdir və bu baxımdan Azərbaycanda problem yaranmır.

"Azərbaycanın 135 illiyi əhatə edən mətbuat tarixi ənənələri cəmləyib. YAP olaraq biz mətbuatın bizim işlərimizi işıqlandırmasına can atırıq. YAP mətbuatı özünün dostu hesab edə bilər. Daim bu əlaqələrin sağlam münasibət üzərində qurulmasına çalışırıq", - YAP rəsmisi bildirib.

Məraqsimin sonunda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti