...

Azərbaycanda jurnalistlərin ekoloji biliyi artırılacaq

Cəmiyyət Materials 16 İyul 2010 16:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılığının artırılması məqsədi ilə avqustun 3-dən etibarən "Jurnalistlərin ekologiya məktəbi" fəaliyyətə başlayır.
Azərbaycanda jurnalistlərin ekoloji biliyi artırılacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılığının artırılması məqsədi ilə avqustun 3-dən etibarən "Jurnalistlərin ekologiya məktəbi" fəaliyyətə başlayır. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Məktəbdə tədris prosesi həftədə iki dəfə bir qoşa saat olmaqla altı ay davam edəcək", - İbrahimova bildirib. Onun sözlərinə görə, məktəbi bitirənlərə müvafiq sertifikatlar təqdim ediləcək.

Ekoloji tədris zamanı "Azərbaycanda ekologiya sahəsində dövlət siyasəti", "Ətraf mühitin monitorinqi", "Azərbaycanda bioloji müxtəlifliyin qorunması", "Ekoloji təbliğat" və digər fənlərdən dərslər keçiriləcək.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2010-cu il "Ekologiya ili" elan edilib.

Xəbər lenti

Xəbər lenti