...

ARDNŞ tələbələr üçün Yay Məktəbi təşkil edib

Cəmiyyət Materials 21 İyul 2010 17:57 (UTC +04:00)
ARDNŞ respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə bu il ilk dəfə Yay Məktəbi təşkil edib.
ARDNŞ tələbələr üçün Yay Məktəbi təşkil edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Konyayeva/

ARDNŞ respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə bu il ilk dəfə Yay Məktəbi təşkil edib. Məktəb avqustun 29-dan sentyabrın 6-dək fəaliyyət göstərəcək. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Tədris proqramı enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası; quyuların qazılması; neft-qaz hasilatı, nəqli və saxlanması; neft-qaz emalı və neft kimyası; ekoloji normalar və alternativ enerji mənbələri; neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı; neft və neft məhsullarının satışını əhatə edəcək.

Məktəb interaktiv formada mühazirələr, praktiki məşğələlər, ekskursiyalar formasında təşkil olunacaq. İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqəyə sənəd qəbulu artıq başlayıb və iyulun 31-də başa çatacaq.

Müsabiqədə ölkə daxilində və xaricdə avtomatika və İKT, boru kəmərləri, ekologiya, energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, iqtisadiyyat, kimya-texnologiya, neft-mexanika, tikinti ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələr (2, 3, 4-cü və magistr 1-ci kursu bitirən) iştirak edə bilərlər.

Müsabiqə iki turda - test imtahanı (1-ci tur) və müsahibə yolu (2-ci tur) ilə keçirilir.

Müsabiqənin şərtlərinə uyğun gələn tələbələr 1-ci tura buraxılır.

1-ci turda tələb olunan balı toplayan namizədlər ikinci tura buraxılır. 2-ci turda namizədlər müvafiq komissiya tərəfindən müsahibə olunur.

İştirakçıların sayı 30 nəfərdir. Məktəblə bağlı bütün xərclər ARDNŞ tərəfindən ödəniləcək.

Müsabiqənin şərtləri və ARDNŞ Yay Məktəbi barədə daha ətraflı məlumatı http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v%203.0/yaymektebi/index.html saytından əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti