...

Media İşçi Qrupu Milli Mətbuatın 135 illiyi münasibətilə jurnalistləri təbrik edir

Cəmiyyət Materials 22 İyul 2010 15:02 (UTC +04:00)
Media İşçi Qrupu (AEGEE) Milli Mətbuatın 135 illiyi münasibətilə jurnalistləri təbrik edir
Media İşçi Qrupu Milli Mətbuatın 135 illiyi münasibətilə jurnalistləri təbrik edir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Media İşçi Qrupu (AEGEE) Milli Mətbuatın 135 illiyi münasibətilə jurnalistləri təbrik edir.

Qrupun koordinatoru Afaq Əhmədova deyib ki, cəmiyyətin inkişafının ölçülərindən biri onun mətbuatıdır.

"İnkişaf yüksək olduğu halda, elm, maarifçilikdən başqa, özünüdərk və özünəməxsus xarakter formalaşır. Xalqlar milli kimlik və milli mənsubiyyət kimi meyarları inkişaf etdirib, növbəti mərhələyə üz tuturlar. Burada təkcə daxili məsələlərlə yanaşı, digərləriylə ünsiyyət yaradıb qlobal oyunçu olmaqa çalışırlar. Dövlətimiz müstəqillik qazandıqdan sonra, ölkə mətbuatı daha sərbəst inkişaf olmağa başladı. Hazırda Azərbaycanda, demək olar ki, mətbuatin hər bir növü fəaliyyət göstərir", - Əhmədova deyib.

Media İşçi Qrupunun rəhbəri və "Gənclik və Cəmiyyət" jurnalının redaktoru Azərbaycan gənclərinin mediada rolunu olduqca vacib amil kimi qiymətləndirib.

"Gəncliyin düzgün tərbiyə və düşüncəsi naminə, onların uğurlu vətəndaş və kreativ insan olmaları üçün AEGEE Bakıda "Gənclik və Cəmiyyət" jurnalı və "PR-Network" kimi layihələrə başladı. Media İşçi Qrupunun əsas hədəfi kreativ gənclər, məqsədi isə - bu gənclərdən parlaq gələcək yetişdirib, ölkəmizi insan kapitalı vasitəsilə dünyada tanıtmaq, dünyəvi problemlərin həllini tapıb uğurlu sabahı təmin etməkdir. Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 135 il keçir. Maarif xadimi, görkəmli mütəffəkir Həsən bəy Zərdabi iki əsr əvvəl Milli Mətbuatımızın təməlini qoymuşdur. Bu iş uğrunda keçdiyi çətin yol və mübarizənin nəticəsi bu gün azad, təfəkkürlü Azərbaycan vətəndaşları, Azərbaycan xalqıdır. Hər birimiz üçün fərəh günü, mətbuat işçilərimizin peşə bayramı olan bugünlə xalqımızı ürəkdən təbrik edirəm", - Əhmədova bildirib.

Xəbər lenti

Xəbər lenti