...

Azərbaycanlı avarçəkənlər dünya çempionatının finalına vəsiqə qazanıblar

Cəmiyyət Materials 24 İyul 2010 13:34 (UTC +04:00)
Azərbaycanlı avarçəkənlər dünya çempionatının finalına vəsiqə qazanıblar.
Azərbaycanlı avarçəkənlər dünya çempionatının finalına vəsiqə qazanıblar

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı avarçəkənlər dünya çempionatının finalına vəsiqə qazanıblar. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən bildiriblər.

Belarusun Brest şəhərində davam edən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın akademik dörd avarçəkənlərindən üçü - Aleksandr Aleksandrov birnəfərlik qayıqla (BM1X), Cavid Əfəndiyev - İqor Xmara dueti isə ikinəfərlik qoşaavarlı yüngülçəkili qayıqla (BLM2X) 2000 metr məsafəyə yarımfinal yürüşündə ilk "3-lük"ə düşüb. Bununla da hər 3 idmançımız adını iyulun 25-də keçiriləcək həlledici mərhələ yürüşlərinə yazdırıb.

Aleksandr Aleksandrov birnəfərlik qayıqla (BM1X), Cavid Əfəndiyev - İqor Xmara dueti isə ikinəfərlik qoşaavarlı yüngülçəkili qayıqla (BLM2X) 2000 metr məsafəyə yarımfinal yürüşündə ilk "3-lük"ə düşüb. Bununla da hər üç idmançımız adını iyulun 25-də keçiriləcək həlledici mərhələ yürüşlərinə yazdırıb.

Xəbər lenti

Xəbər lenti