...

Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda konfrans keçiriləcək

Cəmiyyət Materials 26 İyul 2010 17:34 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konfransa hazırlıqla bağlı iyulun 26-da Komitə sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.
Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda konfrans keçiriləcək

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu il dekabrın əvvəlində Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda konfrans keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konfransa hazırlıqla bağlı iyulun 26-da Komitə sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.

Konfransa hazırlıqla əlaqədar məlumat verilib ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunub.

Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək bu konfransın dövlət-din münasibətlərinin tarixi inkişaf yoluna çağdaş kriteriyalarla yanaşma baxımından aktual olduğu vurğulanıb.

Beynəlxalq konfransın daha yüksək səviyyədə keçirilməsi üçün təkliflər verilib.

Son illər Azərbaycanda beynəlxalq konfransların keçirilməsi sahəsində müsbət təcrübə qazanıldığı, dünyanın bir çox tanınmış dövlət və din xadimləri, ictimai təşkilat rəhbərlərinin Bakı konfranslarında müntəzəm iştirak etmək arzusunda olduqları vurğulanıb.

Xəbər lenti

Xəbər lenti