...

Azərbaycanda ali təhsil ocaqlarına qəbul üçün abituriyentlərin ixtisas seçimi başa çatıb

Cəmiyyət Materials 3 Avqust 2010 14:45 (UTC +04:00)
Azərbaycanda ali təhsil ocaqlarına qəbul üçün abituriyentlərin ixtisas seçimi başa çatıb.
Azərbaycanda ali təhsil ocaqlarına qəbul üçün abituriyentlərin ixtisas seçimi başa çatıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ali təhsil ocaqlarına qəbul üçün abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Trend-ə verdiyi məlumata görə, ixtisas seçimində 32 min 242 abituriyent iştirak edib.

"İxtisas seçiminin vaxtının uzadılması nəticəsində 60-a yaxın abituriyent ixtisas seçimində iştirak edib. 700-ə yaxın abituriyent ixtisas seçimində iştirak etməyib", - Nağızadə əlavə edib.

Azərbaycanda 2010-2011-ci tədris illəri üçün ali məktəblərə qəbul imtahanları iyunun 4-dən 23-nə qədər keçirilib. İxtisas kodlarının seçilməsi proseduru iyulun 25-də başlayıb. Bu prosesə, ümumilikdə, 33 minə yaxın abituriyent buraxılıb. 700-ə qədər abituriyentin ixtisas kodlarının seçməməsi ilə əlaqədar olaraq müddət 3 avqust saat 14:00-dək uzadılmışdı.

Xəbər lenti

Xəbər lenti