...

Azərbaycan Ombudsmanı BŞBPİ-də saxlanılan şəxslərin təhqir olunmaları ilə bağlı məsələnin araşdırılması üçün daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 4 Avqust 2010 14:38 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətinin çərşənbə günü yaydığı press-relizdə bildirilir ki, ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın yanında yaradılmış İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov və qrupun əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) yerləşdirilən şəxslərlə görüşüb.
Azərbaycan Ombudsmanı BŞBPİ-də saxlanılan şəxslərin təhqir olunmaları ilə bağlı məsələnin araşdırılması üçün daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) yerləşlirilən şəxslərin mülkigeyimli şəxslər tərəfindən təhqir olunmaları ilə bağlı məsələnin araşdırılması üçün daxili işlər nazirinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətinin çərşənbə günü yaydığı press-relizdə bildirilir ki, ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın yanında yaradılmış İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov və qrupun əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) yerləşdirilən şəxslərlə görüşüb.

Beş saatadək davam edən başçəkmə zamanı müəyyən olunub ki, burada 10 nəfər saxlanılır. Həmin şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə 7-10 gün müddətinə inzibati qaydada həbs edilib və 31 avqust 2010-cu il tarixdə İHOSM-nə yerləşdiriliblər.

Saxlanılanlar  söhbət zamanı adını bilmədikləri, Bakı Şəhər Baş Polis İdarəsinin (BBPİ) mülkigeyimli əməkdaşı tərəfindən təhqir edildiklərini söyləyib və buna etiraz olaraq aclıq aksiyası keçirdiklərini (yalnız su içir və siqaret çəkirlər) qeyd ediblər.

Ombudsman Aparatı nümayəndəsinin iştirakı ilə onların hər biri ayrı-ayrılıqda məntəqəyə dəvət olunub, "təcili tibbi yardım" xidmətinin işçiləri tərəfindən həkim müayinəsindən keçirilib, onlara lazımi tibbi yardım göstərilib.

Aclıq edən şəxslərlə söhbət nəticəsində, saxlanılanlardan bəziləri yemək qəbul edərək aksiyanı dayandırıblar.

Həmin şəxslər saxlanıldıqları məntəqədə fiziki zorakılığa məruz qalmadıqlarını bildiriblər.

Onların vəziyyətinin nəzarətdə saxlanılması üçün məntəqənin rəhbərliyinə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti