Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə Trend-ə çərşənbə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildiriblər.
Abituruyentlər daxil olduqları ixtisasların kodlarını Dövlət Komissiyasının internet saytından, Abituriyent" jurnalının xüsusi buraxılışından və ya 7727 nömrəsinə imtahan kodunu göndərməklə öyrənə bilərlər.
Məlumata əsasən, Azərbaycanın ali məktəblərinə daxil olmaq imkanına 32 minədək abituriyent malikdir.
Ali məktəblərə daxil olmaq üçün ixtisas kodlarını təsdiqləməyən 700-dək abituriyent müsabiqədən kənar qalıb.
Azərbaycanın ali məktəblərinə 2010-2011-ci tədris ili üçün qəbul imtahanları iyulun 4-dən 23-dək keçirilib. Iyulun 25-dən ixtisas seçimi başlanmışdır.