Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycandan İrana təhvil verilən məhbuslar arasında livanlı məhbuslar yoxdur, - bunu cümə günü Trend-ə Ədliyyə Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zavər Qafarov bildirib.
"Azərbaycanda cəza çəkən bəzi iranlı məhkumlar cəzasının qalan hissəsini çəkmək üçün İrana təhvil verilib. Təhvil verilənlər arasında livanlı məhbuslar yoxdur" - Qafarov bildirib.