...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəki və İsmayıllı meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərini cəzalandırıb

Cəmiyyət Materials 13 Avqust 2010 19:16 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəki və İsmayıllı meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərini meşə ərazilərinə nəqliyyat vasitələrinin, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırığını yerinə yetirmədiyinə görə cəzalandırıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəki və İsmayıllı meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərini cəzalandırıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəki və İsmayıllı meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərini meşə ərazilərinə nəqliyyat vasitələrinin, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırığını yerinə yetirmədiyinə görə cəzalandırıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülür. Nazirliyin tabeliyində olan qurumlara - meşə mühafizəsi və bərpası müəssisələrinə, dövlət təbiət qoruqlarına və milli parkların rəhbərlərinə yanğın təhlükəli dövr başa çatana kimi, meşə ərazilərinə nəqliyyat vasitələrinin, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırılıb. Ərazilərdə postlar qurulub, sutkalıq növbətçilik təşkil olunub. Meşələrin, təbiət ərazilərinin yanğından mühafizəsinə nəzarət gücləndirilib, bu işə digər dövlət qurumlarının və ictimaiyyətin qüvvələri cəlb edilib.
Xoşagəlməz hadisələrə İsmayıllı, Lerik, Yalama, Göy göl, Şəki və digər rayonların meşə ərazilərində təsadüf olunub.

Ötən ayın axırı, hazırkı ayın əvvəlində Şabran və İsmayıllı rayonlarında yanğın hadisələri baş verib.

Xəbər lenti

Xəbər lenti