...

Futbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Cəmiyyət Materials 15 Avqust 2010 20:39 (UTC +04:00)
Azərbaycan futbol üzrə Unibank Premyer Liqasında 2 -ci turun oyunu keçirilib. Qəbələ şəhərində eyni adlı klub Bakının "Neftçi" klubunu qəbul edib.
Futbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Azərbaycan, Bakı, 15 Avqust /Trend/

Azərbaycan futbol üzrə Unibank Premyer Liqasında 2 -ci turun oyunu keçirilib. Qəbələ şəhərində eyni adlı klub Bakının "Neftçi" klubunu qəbul edib.

İlk hissədə bərabər səviyyəli oyun göstərən komandalar hesabı açmağa müyəssər olmayıblar.

İkinci hissə ev sahibi "Qəbələ"- nin hücumları ilə başlayıb. Amma "Neftçi" - nin oyunçuları inamlı oynayaraq, oyunun gedişini öz xeyrinə dəyişməyi bacarıb. Əks hücümların birində oyunun 69 -cu dəqiqəsində Rəşad Abdullayevin uzaqdan vurduğu gözəl zərbənin qarşısında "Qəbələ"-nin qapıçısı Pavel Doroşev aciz qalıb. 76 - cı dəqiqədə Neftçinin hücumçusu  Bahadır Nəsimov ikinci topu Doroşevin qapısından keçirib. Beləliklə, oyun 2-0 hesabı ilə başa çatıb, "Neftçi" səfərdən vacib 3 xal ilə ayrılıb.

2 ci turun digər oyunlarında "Muğan" "Bakı"-nı 1-0 məğlub edib, "Simurq" isə Zaqatalada "Xəzər Lənkaran"a 0-2 hesabıyla uduzub.

Xəbər lenti

Xəbər lenti