...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı kəndlərində su təchizatını yaxşılaşdıracaq layihə ekspertizasını aparır

Cəmiyyət Materials 19 Avqust 2010 13:22 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsinə İsmayıllı rayonunun 7 kəndində su təchizatını yaxşılaşdıracaq layihə ilə bağlı müraciət daxil olub. Bu barədə Trend-ə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı kəndlərində su təchizatını yaxşılaşdıracaq layihə ekspertizasını aparır

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsinə İsmayıllı rayonunun 7 kəndində su təchizatını yaxşılaşdıracaq layihə ilə bağlı müraciət daxil olub. Bu barədə Trend-ə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir su təchizatı və çirkab suların təmizlənməsi layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə təqdim olunur.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan və Bəng kəndlərində su təchizatı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün 3,5 milyon manat vəsait ayrılıb.

Bu və layihəyə aid digər məsələlərə (Göyçaydan götürülən suyun təmizlənib-təmizlənməyəcəyi, su xəttindən başqa qurğuların nəzərdə tutulub-tutulmadığı) Dövlət Ekspertiza İdarəsi tərəfindən baxılır.

2008-ci ildə Göyçay rayonunun 6 kəndində su təchizatı vəziyyətinin yaxşılaşdırılması üçün 3,5 milyon manat vəsait ayrılıb.

İsmayıllı Bakıdan 185 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti