...

Azərbaycan hökuməti idman totalizatorlarının fəaliyyətindən idmanın inkişafına yönəldilən vəsaitlərin faizini müəyyən edib

Cəmiyyət Materials 23 Avqust 2010 18:52 (UTC +04:00)
Azərbaycan hökuməti idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsini müəyyən edib.
Azərbaycan hökuməti idman totalizatorlarının fəaliyyətindən idmanın inkişafına yönəldilən vəsaitlərin faizini müəyyən edib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsini müəyyən edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi 4,2 faiz həcmində müəyyən edilib.

Bu ildən etibarən ölkədə idman totalizatorlarının fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə totalizatorların fəaliyyətini həyata keçirəcək "Azəridmanservis" idarəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti