...

"Qarabağ" sonadək oynadı, komanda öz qələbəsinə inanırdı - "Borussiya"nın baş məşqçisi

Cəmiyyət Materials 27 Avqust 2010 11:33 (UTC +04:00)
"Borussiya" ilə matçda "Qarabağ" sonadək oynadı, komanda öz qələbəsinə inanırdı. Bu barədə cümə axşamı "Borussiya Dortmund" alman klubunun baş məşqçisi Yurgen Klopp oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
"Qarabağ" sonadək oynadı, komanda öz qələbəsinə inanırdı - "Borussiya"nın baş məşqçisi

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/

"Borussiya" ilə matçda "Qarabağ" sonadək oynadı, komanda öz qələbəsinə inanırdı. Bu barədə cümə axşamı "Borussiya Dortmund" alman klubunun baş məşqçisi Yurgen Klopp oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir həftə əvvəlki matçla müqayisədə "Qarabağ" çox yaxşı oynayıb.

"Əgər Azərbaycan komandası azacıq yaxşı oynasa, onda gələn il o, Avropa turnirinin qrup mərhələsinə düşə bilər", - Klopp deyib.

Sonuncu matçda Klopp Vüqar Nadirovun oyununu xüsusi qeyd edib.

Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib ki, "Qarabağ" bütün oyunu yüksək səviyyədə keçirib və onu uğurla başa çatdırmaq üçün yalnız çox az şey çatışmayıb.

"Qarabağ" FK hazırda orta Avropa səviyyəsində oynayır. Bu matçdan sonra biz bütün diqqətimizi Azərbaycan çempionatına cəmləşdirəcəyik", - Qurbanov deyib.

Cümə axşamı keçirilən Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" "Borussiya"ya qarşı cavab oyununda 0:1 hesabı ilə uduzub. Matçda yeganə qolu Barrios əlavə bir dəqiqədə vurub.

Birinci oyun 0:4 hesabı ilə alman klubunun xeyrinə başa çatıb. Beləliklə, "Qarabağ" iki matçın yekunları üzrə Avropa Liqasında iştirakını dayandırıb.

Xəbər lenti

Xəbər lenti