...

Azərbaycan idmançılarının Sinqapur Olimpiadasındakı uğurları ölkədə uşaq idmanının inkişafını təsdiq edir - nazir (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2010 15:14 (UTC +04:00)
Olimpiadada azərbaycanlı idmançıların uğurlarını 2012-ci ildə keçiriləcək London Olimpiadasına hazırlığa böyük addım və Azərbaycanda uşaq və yeniyetmə idmanının inkişafının təsdiqi kimi qiymətləndiririk.
Azərbaycan idmançılarının Sinqapur Olimpiadasındakı uğurları ölkədə uşaq idmanının inkişafını təsdiq edir - nazir (YENİLƏNİB) (FOTO)

RED: birinci abzasda gənclər və idman nazirinin sözləri əlavə olunub

Аzərbaycan, Bakı, 28 avqust /Trend, müxbir М.Əliyev/

Olimpiadada azərbaycanlı idmançıların uğurlarını 2012-ci ildə keçiriləcək London Olimpiadasına hazırlığa böyük addım və Azərbaycanda uşaq və yeniyetmə idmanının inkişafının təsdiqi kimi qiymətləndiririk. Bu sözləri jurnalistlərə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

Şənbə günü Bakıda Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiadası oyunlarının qalibləri qarşılanıb.

Azərbaycan idmançıları bu Olimpiadada beş qızıl və üç gümüş medal qazanıblar.

"Mən fəxr edirəm ki, Olimpiadada Azərbaycanın bayrağını qaldırmışam", - jurnalistlərə Heydər Əliyev Beynəlxalq hava limanında ağır atletika üzrə olimpiya çempionu Nicat Rəhimov deyib.

Onun sözlərinə görə, Olimpiadada ən ağır məqam onun uğurla öhdəsindən gəldiyi ştanqın son dəfə qaldırılmasına edilən cəhd olub.

"Olimpiadayadək biz güclü məşqlər etdik və ona gərə də yalnız qələbəyə ümid bağlamışdıq", - digər olimpiya çempionu güləşçi Murad Bazarov deyib.

Yeniyetmələrin Olimpiadasında qızıl medalları güləşçilər Murad Bazarov, Elman Muxtarov, Əli Məhəmmədov (100 kq), sərbəst güləşçi Patimat Baqomedova (52 kq) qazanıblar.

Gümüş medalları isə güləşçi Kənan Quliyev (54 kq), boksçular Elvin İsayev (57 kq) və Salman Əlizadə (48 kq) qazanıblar.

Azərbaycan ümumi komanda hesabında bütün mükafatları ilə 204 iştirakçı ölkə arasında 11-ci yeri tutub.

Yeniyetmələrin ilk Olimpiya oyunları 2010-cu il avqustun 14-dən 26-dək Sinqapurda keçirilib. Orada 3,5 mindən çox idmançı idmanın 29 növü üzrə yarışıb.

Xəbər lenti

Xəbər lenti