...

Azərbaycanlı gimnast dünya kubokunda altıncı yeri tutub

Cəmiyyət Materials 30 Avqust 2010 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi başa çatıb. Yarışlarda iki azərbaycanlı gimnast iştirak edib.

Yarışların sonuncu günü dörd ayrı-ayrı final keçirilib. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan gimnastı Aliyə Qarayeva finalların 3-də iştirak edib. Aliyə özünün ən yaxşı nəticələrini gürz (27.25 xal) və həlqə ilə (27.675 xal) tapşırıqları yerinə yetirərkən göstərib və altıncı yeri tutub. Qarayev lentlə tapşırığa görə 25.075 xalla qiymətləndirilib və finalçıların səkkizliyini qapayıb.

Aliyə Qarayeva çoxnövçülükdə yeddinci yeri tutub. İkinci azərbaycanlı gimnasta gəldikdə, kvalifikasiyada Samirə Mustafayevanın yekun mövqeyi 79 iştirakçı arasında 31-ci olub. Proqramın bütün növləri üzrə turnirin qalibi isə rusiyalı Yevgeniya Kanayeva olub.

Pesaroda Anna Qurbanova da çıxış etməli idi. Lakin o, yarışların başlaması ərəfəsində kiçik xəsarət aldığından məşqçilər gimnastı turnirə buraxmağa risk etməyiblər.

Üç həftədən sonra Moskvada start götürəcək dünya çempionatının baş məşqi İsrailin Xolon şəhərində keçiriləcək. Sentyabrın 3-5-də orada Qran-pri silsiləsindən növbəti turnir və açıq beynəlxalq çempionat keçiriləcək. Yarışlarda Qarayeva, Qurbanova və Mustafayeva və tərkibinə Ceyla Quliyeva, Aelita Xələfova, Nigar Abdusəlimov, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovanın daxil olacaqları komanda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti