• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib

31 Avqust 2010 15:10 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 1-dən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan olunub.

Ümumilikdə vakant dövlət qulluğu vəzifələrindən 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə yerli məhkəmə orqanlarının aparatlarında olmaqla, 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır.

Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, 1-i inzibati vəzifələrin yeddinci təsnifatına, 4-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 5-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

Müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqəyə və müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri aşağıdakı dövlət orqanlarındadır:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Sənaye və Energetika Nazirliyi

Milli Arxiv İdarəsi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

Zaqatala Rayon Məhkəməsi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Təhsil Nazirliyi

Sənaye və Energetika Nazirliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Gənclər və İdman Nazirliyi

Kəlbəcər Rayon Məhkəməsi

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
ANAMA: Bu il 80 ədəd mina zərərsizləşdirilib
Cəmiyyət 04:26
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
Cəmiyyət 00:24
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib (FOTO)
Cəmiyyət 14 Dekabr 23:18
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 14 Dekabr 17:24
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib (FOTO)
Cəmiyyət 14 Dekabr 16:21
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib (FOTO)
Cəmiyyət 14 Dekabr 14:07
Xəbər lenti
Filippində 6,8 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 12:11
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)
Nəzər nöqtəsi 11:34
"Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat
Siyasət 11:00
İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək
İqtisadiyyat 10:38
Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb
Dünya xəbərləri 10:23
"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil - Sona Əliyeva
Siyasət 10:00
Cəbhədə atəşkəs yenə pozuldu - 21 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:34
Gəncədə yaşayış binasında yanğın olub
Hadisə 09:21
Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb
Dünya xəbərləri 09:06
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri