...

Bakı məktəblərində 197 boş pedaqoji yer qalıb - nazir

Cəmiyyət Materials 4 Sentyabr 2010 12:10 (UTC +04:00)
Bakı məktəblərində 197 pedaqoji yer boş qalıb. Bu barədə şənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Bakı məktəblərində 197 boş pedaqoji yer qalıb - nazir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir М.Əliyev/

Bakı məktəblərində 197 pedaqoji yer boş qalıb. Bu barədə şənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Mərdanovun sözlərinə görə, bu il 800 pedaqoq regional məktəblərə təyinat alıb və onların fəaliyyəti sentyabrın 15-dən etibarən, dövlət dəstəyi proqramı çərçivəsində həyata keçiriləcək.

Təhsil naziri həmçinin bildirib ki, bu tədris ilində birinci sinif şagirdlərinin sayı ötənilki göstəricini keçib. Son illər birinci sinif şagirdlərinin sayında azalma müşahidə olunurdu.

Nazirin sözlərinə görə, Azərbaycanın ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti