...

Filarmoniyada Azərbaycan aşıq sənəti ustalarının konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2010 13:52 (UTC +04:00)
Bazar günü Azərbaycan Dövlət Filarmoniyasında respublikanın Tovuz rayonunun ən yaxşı aşıqlarının iştirakı ilə konsert keçirilib.
Filarmoniyada Azərbaycan aşıq sənəti ustalarının konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Bazar günü Azərbaycan Dövlət Filarmoniyasında respublikanın Tovuz rayonunun ən yaxşı aşıqlarının iştirakı ilə konsert keçirilib.

Ağzınadək dolu salonda tamaşaçılar, demək olar, 30-dək tovuzlu aşığın mahir ifasından əsl estetik zövq alıblar.

Ölkənin bu regionunun xalq folklorunun həmin janrını təmsil edən nümayəndələri Filarmoniyada 25 il bundan əvvəl çıxış ediblər. Bu konsertin bilavasitə təşkilatçısı kimi çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bu faktı xüsusi olaraq qeyd etdi.

Həmin bazar axşamında "Pöhrə" uşaq aşıq ansamblından başlamış, Məmməd Bozalqanlı və Mahmud Məmmədov kimi məşhur ustadlaradək, Tovuz aşıqlarının ən gözəl ifaçıları Filarmoniyanın səhnəsində çıxış etdilər. Tədbirdə aşıq sənətinin iki gözəl tanınmış ifaçısı - Zülfiyyə və Samirə də iştirak edirdilər.

Şirvan zonasını təmsil edən Aşıq Əli öz həmkarlarının - müğənni Almaz Ələsgərova və aktrisa Naidə Orucova ilə birgə çıxışlarına diqqət çəkdi.

Aparıcı, professor Məhərrəm Qasımlı bir-birinin ardınca konsert iştirakçılarını təqdim etdi. Yuxarıda sadalanan aşıqlardan başqa, Məhsəti Əsraflı, Firudin Hüseynov, Azər Xanlaroğlu, Günel Qurbanova, Şəhriyar Kərimov və bir çox başqalarının ifası  tamaşaçılarda yaxşı təəssürat yaratdı.

Çıxış edən aşıqlar təkcə öz ifa tərzləri ilə deyil, həm də geyim üslublarına görə fərqlənirdilər. Folklor janrının getdikcə daha çox nümayəndəsi hərbi geyim formasını mülki geyimlə əvəz etmişdi - kimi sadə köynək və ya adi kostyum geyinmişdi.

Qadınlar daha çox milli geyimlər geyinmişdilər ki, bu da onları daha cazibədar göstərirdi.

Xəbər lenti

Xəbər lenti