...

Azərbaycanın "Media Akademiya"sında növbəti treninq keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2010 18:10 (UTC +04:00)
"Media Akademiya"nın növbəti qonağı "Kaspi" qəzetinin baş redaktorunun müavini Kənan Quluzadə tələbələrə konflikt jurnalistikasından təlim keçib.
Azərbaycanın "Media Akademiya"sında növbəti treninq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"Media Akademiya"nın növbəti qonağı "Kaspi" qəzetinin baş redaktorunun müavini Kənan Quluzadə tələbələrə konflikt jurnalistikasından təlim keçib.

Görüşdə bu sahə ilə məşğul olan jurnalistlər, daha sonra konflikt jurnalistikasının spesifik xüsusiyyətləri, Dağlıq Qarabağ munaqişəsinin tarixi, jurnalistlərin bu mövzuya münasibəti kimi mövzular müzakirə olunub. Bu barədə "Media Akademiya"dan verilən məlumatda deyilir.

Azərbaycanda konflikt jurnalistikası ilə məşğul olan cəmi 10 nəfər var və bu müxbirlər həm də xarici media qurumları ilə işləyirlər.

Daha sonra tələbələr qruplara bölünərək verilən tapşırıqları yerinə yetiriblər.

"Media Akademiya" - Azərbaycanın "İrəli" İctimai Birliyinin layihəsi - alternativ peşəkar kurslar şəklində fəaliyyət göstərir.

Layihə çərçivəsində ölkənin gəncləri aparıcı informasiya agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçirlər, məşhur jurnalistlərdən peşəkar sirləri öyrənirlər.

Xəbər lenti

Xəbər lenti