...

İslamda məzhəblərarası yaxınlaşma yaratmaq məqsədi ilə peyk kanalı istifadəyə verilib

Cəmiyyət Materials 9 Sentyabr 2010 15:43 (UTC +04:00)
İslamda məzhəblərin yaxınlaşma yaratmaq məqsədi ilə "Əl-Vəhdət" peyk televiziya kanalı istifadəyə verilib. Bu barədə İranın İQNA xəbər agentliyi məlumat verir.
İslamda məzhəblərarası yaxınlaşma yaratmaq məqsədi ilə peyk kanalı istifadəyə verilib

İslamda məzhəblərin yaxınlaşma yaratmaq məqsədi ilə "Əl-Vəhdət" peyk televiziya kanalı istifadəyə verilib. Bu barədə İranın İQNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, Kanal İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının dəstəyi ilə ərəb dilində öz sınaq yayımına başlayıb. Kanal İraqda təsis olunub. "Əl-Vəhdət" kanalı məzhəblərarası yaxınlaşma sahəsində və eləcə də islami xalqların vəziyyətini işıqlandıran ixtisaslaşmış yeganə kanal olacaq. Bu kanal şiə və sünni ekspert və incəsənət xadimləri tərəfindən idarə olunur. "Kanalın sınaq yayımı "ərəbsat" peykində (12029 mhs tezliyində) öz işinə başlayıb. "Əl-Vəhdət" kanalı rəsmi şəkildə oktyabr ayında ərəb dilində yayıma başlayacaq", - deyə İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibi ayətullah Təsxiri deyib.

Təsxirinin sözlərinə görə, kanal gələcəkdə digər dillərdə də proqramlar yayımlayacaq.

Xəbər lenti

Xəbər lenti