...

Avropa Tələbələr Birliyinin Azərbaycana işgüzar səfəri başa çatıb

Cəmiyyət Materials 14 Sentyabr 2010 15:35 (UTC +04:00)
Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə birhəftəlik işgüzar səfəri başa çatıb.
Avropa Tələbələr Birliyinin Azərbaycana işgüzar səfəri başa çatıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə birhəftəlik işgüzar səfəri başa çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Əsas məqsədi Azərbaycan Tələbələr Birliyi ilə Avropa Tələbələr Birliyi arasında əlaqələri inkişaf etdirmək olan səfər çox ciddi və mühüm görüşlərlə yadda qalıb.

Qonaqlar Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər üçün Təhsil Mərkəzi, Turizm İnstitutu, Müəllimlər İnstitutu, Xəzər Universiteti, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və müxtəlif tələbə təşkilatlarının rəhbərlikləri ilə işgüzar görüşlər keçiriblər. Keçirilən görüşlərdə Azərbaycanda tələbə həyatı, universitetlər, təhsil sistemi, təhsil qanunvericiliyi istiqamətlərində müzakirələr aparılıb.

Bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın təmsil olunması kimi öhdəliyi öz üzərinə götürən Azərbaycan Tələbələr Birliyi qonaqlar üçün rəsmi görüşlərlə bərabər, mədəni proqramlar da təşkil edib və onları ölkəmizin tarixi-mədəni obyektləri ilə tanış ediblər.

Səfərin sonunda Avropa Tələbələr Birliyinin nümayəndələri səfərlə bağlı geniş hesabat hazırlayıblar. Hazırlanan hesabat cari ilin noyabr ayında İsraildə keçirilməsi planlaşdırılan Avropa Tələbələr Birliyinin İdarə Heyətinin növbəti toplantısına təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti