...

Azərbaycanda 226 pedaqoq məktəblərdə vakant yerləri tutublar

Cəmiyyət Materials 20 Sentyabr 2010 16:28 (UTC +04:00)
Azərbaycandakı ümumtəhsil məktəblərində müəllim qəbulu ilə bağlı müsabiqənin yekunları üzrə 226 nəfər vakant yerləri tutub.
Azərbaycanda 226 pedaqoq məktəblərdə vakant yerləri tutublar

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycandakı ümumtəhsil məktəblərində müəllim qəbulu ilə bağlı müsabiqənin yekunları üzrə 226 nəfər vakant yerləri tutub. Bu barədə Trend-ə Azərbaycanın Təhsil Nazirliyindən məluamt verilib.

Elan olunmuş 288 boş yerdən 62 yer tutulmamış qalıb ki, bu da əsasən regionlardakı məktəblərə aiddir.

Təhsil Nazirliyi avqustun 20-də Azərbaycandakı ümumtəhsil məktəblərində müəllim qəbulu üzrə müsabiqə elan edib. Müsabiqə ötən həftə başa çatıb.

Azərbaycanın orta məktəblərində vakant yerlər əsasən bədən tərbiyəsi, hərbi hazırlıq və informatika fənləri üzrə olub.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbul olunmuş yalnız bir neçə pedaqoq sonradan seçdikləri vakant yeri tutmaqla bağlı fikirlərini dəyişiblər.

Ötən il Təhsil Nazirliyi 2009/2010-cu dərs ilində ümumtəhsil məktəblərində 365 vakant yerin doldurulması üzrə müsabiqə keçirib.

Azərbaycanın 4 552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim dərs deyir və 1 420 000-dən çox şagird təhsil alır. 17 özəl ümumtəhsil məktəbində 1 005 müəllim çalışır.

Xəbər lenti

Xəbər lenti