...

UEFA hakimlərin erkən yaşlarından hazırlığına başlayıb – vitse-prezident

Cəmiyyət Materials 22 Sentyabr 2010 13:23 (UTC +04:00)
Futbol oyunlarına hakimlik səviyyəsini artırmaq üçün UEFA hakimlərin erkən yaşlarından hazırlığına başlayıb. Bu barədə çərşənbə günü Trend-ə qurumun vitse-prezidenti Şenes Erzik deyib.
UEFA hakimlərin erkən yaşlarından hazırlığına başlayıb – vitse-prezident

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir М.Əliyev/

Futbol oyunlarına hakimlik səviyyəsini artırmaq üçün UEFA hakimlərin erkən yaşlarından hazırlığına başlayıb. Bu barədə çərşənbə günü Trend-ə qurumun vitse-prezidenti Şenes Erzik deyib.

"Bu gün UEFA futbol hakimlərinin hazırlığı üçün böyük vəsait sərf edir", - Erzik deyib.

Onun sözlərinə görə, UEFA futbol hakimlərinin hazırlığı üçün yeni mərkəz açıb və 15 gün bundan əvvəl gələcək hakimlərin ilk qəbulu keçirilib.

"Bizim məqsədimiz futbolçular kimi, hakimlərin də erkən yaşlarından hazırlanmasıdır", - vitse-prezident deyib. - "Mərkəzə məşhur futbol hakimi Pyer Luidci Kolina rəhbərlik edir", - o əlavə edib.

Sonuncu Dünya Çempionatı zamanı hakimlərin oyunların nəticələrinə təsir göstərən bir sıra səhvləri aşkar olunub.

Xəbər lenti

Xəbər lenti