...

Bakıda Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu müzakirə edilib

Cəmiyyət Materials 22 Sentyabr 2010 20:49 (UTC +04:00)
Avropa ölkələri gənclər və idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşü zamanı Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu müzakirə edilib.
Bakıda Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu müzakirə edilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa ölkələri gənclər və idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşü zamanı Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu müzakirə edilib.

"Son iki ildə Avropada dopinqdən istifadə halları artıb", - çərşənbə günü jurnalistlərə Ümumdünya Antidopinq Təşkilatının nümayəndəsi Layme Lizavetski deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu planlaşdırılır. Lizavetski qeyd edib ki, dopinqlə mübarizədə Avropa Şurası, YUNESKO və Ümumdünya Antidopinq Təşkilatı öz səylərini birləşdirməlidirlər.

Yalnız birgə səylərlə dopinq problemi ilə mübarizə aparmaq olar.

Çərşənbə günü Bakıda Avropa ölkələri gənclər və idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşü başa çatıb. İki ildə bir dəfə keçirilən konfransda Avropanın 36 ölkəsinin nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti